İranın hava məkanı dörd mərhələdə yenidən açılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət televiziya kanalı IRIB ölkənin aviasiya qurumuna istinadən məlumat yayıb.
Məlumata görə, birinci mərhələdə tranzit uçuşlar, ikinci mərhələdə isə İranın şərqindəki hava limanlarından uçuşlar bərpa olunacaq.
Üçüncü mərhələdə Mehrabad və İmam Xomeyni hava limanları fəaliyyətini bərpa edəcək, dördüncü və son mərhələ isə qərbdəki hava limanlarından uçuşları əhatə edəcək.
