İran nüvə silahı ilə bağlı planlarından imtina etdi – Tramp qərar verəcək backend

İran nüvə silahı ilə bağlı planlarından imtina etdi - Tramp qərar verəcək 

İran nüvə silahı ilə bağlı istənilən plandan praktiki olaraq imtina edib.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bildiyiniz kimi, İran nüvə silahı ilə bağlı istənilən plandan praktiki olaraq imtina edib”, – Tramp deyib.

İran hakimiyyəti daha əvvəl dəfələrlə nüvə silahı əldə etməyə çalışmadığını bəyan edib.

Tramp həmçinin İranla bağlı qərar verməli olduğunu bildirib, lakin bunun təfərrüatlarını açıqlamayıb. ABŞ Prezidenti İranın vəziyyətini qiymətləndirərək ölkənin “məğlub olduğunu” bildirib. Və bu ölkə ilə münaqişənin “yaxşı və ya pis şəkildə” başa çata biləcəyini söyləyib.

Xatırladaq ki, Tramp oktyabrın əvvəlində İranla bağlı hərbi əməliyyatların yenidən genişləndirilməsinin mümkün olduğunu da bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*