İran ordusu İraqda kürdlərin obyektlərinə zərbələr endirdi – VİDEObackend

İran ordusu İraqda kürdlərin obyektlərinə zərbələr endirdi - VİDEO

İran silahlı qüvvələri İraq Kürdüstanının Ərbil şəhərində bir sıra obyektlərə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, hücumun hədəfi “separatçı terror təşkilatının düşərgələri” olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə məhz həmin obyektlərə zərbələrin əks olunduğu iddia edilir.

Bundan əlavə, Əbu-Dabi dövlət neft şirkəti ADNOC-a məxsus iki tanker Hörmüz boğazında hücuma məruz qalıb. İlkin məlumatlara görə, insident nəticəsində ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Hücuma kimin məsuliyyət daşıdığı hələlik müəyyən edilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*