İran və Ermənistan birgə işçi qrupu yaradırbackend

İran və Ermənistan birgə işçi qrupu yaradır

 

İran və Ermənistan energetika sahəsində ixtisaslaşmış işçi qrupu yaratmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, bu işçi qrupunun fəaliyyət istiqamətlərindən biri qaz ticarəti məsələsinin həlli olacaq.

Bu razılaşma İranın neft naziri Möhsün Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyanın Tehranda keçirilən görüşünün yekunları üzrə əldə olunub.

Paknejad bildirib ki, tərəflər ikitərəfli ticarətin genişləndirilməsi, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı zavodlarının tikintisi və Ermənistana neft məhsullarının tədarükü də daxil olmaqla, geniş spektrdə potensial enerji layihələrini müzakirə ediblər.

O, həmçinin vurğulayıb ki, Tehran və İrəvan növbəti ikitərəfli danışıqlar raundu zamanı konkret nəticələrin qiymətləndirilməsi üçün birgə ixtisaslaşdırılmış işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*