İran və Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dənizində üçgünlük birgə hərbi təlimlər keçirəcək.
KONKRET.az xəbər verir ki, “CASAREX 2025” kod adı altında keçiriləcək təlimlər sabah başlayacaq. Bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb.
Təlimlərin əsas məqsədi Xəzər dənizində təhlükəsizlik səviyyəsinin artırılması, eləcə də Xəzəryanı dövlətlərin donanmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi göstərilir.
Qeyd edək ki, bu cür birgə manevrlər regionda geosiyasi və hərbi əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Natiq Səlim,
KONKRET.az