İran “Bavar 373” hava hücumundan müdafiə sistemini ilk dəfə nümayiş etdirib.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Bavar” buraxılış qurğuları izləmə və atəşə nəzarət radarı ilə təchiz olunub. Bu sistemlər ilkin variantda radarla təchiz olunmamışdı, indi isə tamamilə müstəqil işləyəcəklər”, – məlumatda qeyd olunub.
Bildirilib ki, “Bavar 373”ün hər bir sistemi 6 buraxılış qurğusundan ibarət olacaq.
Qeyd edək ki, mərasimdə İran Prezidenti Məsud Pezeşkian da iştirak edib.