İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində keçirilən əməliyyat nəticəsində 3 narkotik qaçaqmalçısı öldürülüb.
Bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri deyib.
M.Qənbərinin sözlərinə görə, narkotik qaçaqçılarla baş verən silahlı insidentdə bir qaçaqmalçı öldürülüb. Hadisə yerinə baxış keçirilərkən 832 kq tiryək, 4 ədəd “Kalaşnikov” avtomatı və bir ədəd “Colt tapançası aşkarlanıb. Qalan qaçaqmalçılar bir avtomobillə hadisə yerindən qaçıblar.
Qənbəri əlavə edib ki, əməliyyatın davamında daha 2 qaçaqmalçı öldürülüb. Onların avtomobilinə baxış keçirilərkən 388 kq tiryək, 25 kq həşiş, 2 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb.(Trend)
