İranın Hörmüzqan əyalətinin Sərgəz şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 22 kilometr dərinlikdə baş verib.
Zəlzələ Bəndər-Abbas şəhərində də hiss olunub.
İlk təkanlardan təxminən yarım saat sonra ərazidə 3,9 bal gücündə ikinci zəlzələ olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.
