Ordu Günü ilə bağlı aprelin 18-də keçirilməsi planlaşdırılan ənənəvi hərbi parad ləğv edilib.
KONKRET.az xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.
“Bu, mövcud atəşkəsin müharibə şəraitindən çox da fərqlənmədiyinə görə qərara alınıb”, – o bildirib.
Əkrəminiya vurğulayıb ki, bu il parad əvəzinə kazarmalarda mədəni proqramlar keçiriləcək.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. 8 apreldə isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs qüvvəyə minib.
