İrandan ABŞ-a SƏRT MESAJ: “Mümkün olmayacaq”backend

İrandan ABŞ-a SƏRT MESAJ: "Mümkün olmayacaq"

İran ABŞ-ın təzyiq siyasəti davam etdiyi müddətdə nüvə sazişi üzrə Vaşinqtonla danışıqlara getməyəcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Araqçı bildirib ki, İran heç vaxt təzyiq və sanksiyalar altında danışıqlara başlamayacaq:

“İslam Respublikasının mövqeyi tam aydındır. Biz heç bir təzyiq altında, sanksiyalarla üzləşərək müzakirələr aparmayacağıq. ABŞ ilə birbaşa danışıqlar yalnız təzyiqlər dayananda mümkün ola bilər”.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə bu məsələyə toxunaraq, diplomatik həll yolunun hələ də mümkün olduğunu vurğulayıb:

“Biz diplomatiya resurslarının hələ də mövcud olduğunu bilirik. Bundan maksimum istifadə olduqca vacibdir. Təhdidlər və güc tətbiqi olmadan çıxış yolu tapmalıyıq”, – o əlavə edib.

Xatırladaq ki, 2015-ci ildə İran və altılıq ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində, İran nüvə fəaliyyətlərini məhdudlaşdırmaqla sanksiyaların aradan qaldırılmasına nail olmuşdu.

Lakin 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp sazişdən çıxaraq İrana qarşı sanksiyalar tətbiq etdi və bu da Tehranın tədricən öhdəliklərindən imtina etməsi ilə nəticələndi.

Hazırda ABŞ-ın yeni administrasiyası sazişi bərpa etməyə çalışsa da, İran, Vaşinqtondan konkret təminatlar və bütün sanksiyaların tamamilə ləğvini tələb edir.

Aysu İbrahimova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*