İran Silahlı Qüvvələri ABŞ-ın İordaniya və Bəhreyndə yerləşən hərbi aviabazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin rəsmi bəyanatına istinadən “Al Jazeera” telekanalı məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında İordaniyanın Əzraq bölgəsində yerləşən ABŞ-ın “Muvaffaq Salti” aviabazasındakı yaşayış və məişət binaları, eləcə də hərbi texnika anbarları PUA-larla hədəfə alınıb.
Açıqlamada həmçinin qeyd olunub ki, bununla yanaşı, Bəhreyndə yerləşən “İsa” aviabazasında Amerika ordusunun iri anbarları, texnika anqarları, həmçinin ağır aviasiyaya texniki xidmət və təmir mərkəzləri PUA-lar vasitəsilə hədəfə alınıb
Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib. Zərbələrin nəticələri və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
