İrandan çağırış – Tramp Tehranla bağlı siyasətinə yenidən baxmalıdırbackend

İrandan çağırış - Tramp Tehranla bağlı siyasətinə yenidən baxmalıdır

İran Donald Trampı Tehrana qarşı apardığı düşmənçilik siyasətindən əl çəkməyə çağırır.

KONKRET.az xəbər verir ki, bunu İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani həftəlik brifinqdə deyib: “Trampın İrana maksimum təzyiq göstərmək siyasəti tamamilə iflasa uğradı. Biz Tramp administrasiyasını səhv siyasətlərinə yenidən baxmağa çağırırıq. Hökumət müxtəlif iqtisadi cavab strategiyaları hazırlayır və İslam İnqilabının yüksək idealarına uyğun olaraq milli maraqları tam təmin etməyə çalışır”.

Amerikanın yeni administrasiyası ilə danışıqlara başlamaq mümkünlüyü ilə bağlı sualı cavablandıran Mohacerani qeyd edib ki, İrannın Dini Rəhbəri Ayətullah Əli Xameneinin rəhbərliyi altında İran xalqının maraqlarını təmin etmək üçün hər şeyi ediləcək. Mohacerani daha sonra bildirib ki,  İranın nüvə sazişi ilə bağlı razılaşmanın dağılmasına görə məsuliyyət tamamilə Trampın üzərinə düşür. Noyabrın 11-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Elise Stefanik Trampın İrana maksimum təzyiq siyasətini davam etdirəcəyini deyib. CNN-in məlumatına görə, Tramp Stefanikə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsini təklif edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*