İrandan gələn əcnəbinin bel çantasında narkotik tapıldı – FOTObackend

İrandan gələn əcnəbinin bel çantasında narkotik tapıldı - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının idarə etdiyi MAN markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

KONKRET.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəqliyyat vasitəsi Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yoxlanılıb.

Yoxlama zamanı sürücüyə məxsus qara rəngli bel çantasının içərisində, astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*