İranın Suriya ilə bağlı ŞOK PLANI deşifrə oldu – TƏFƏRRÜAT backend

İranın Suriya ilə bağlı ŞOK PLANI deşifrə oldu - TƏFƏRRÜAT 

“Marşall Planı”nda nələr olub?

İran Suriyanı özünün imperiya maraqlarına uyğun olaraq satellit dövlətə çevirmək üçün hazırladığı iddialı iqtisadi proqramla – bir növ “Marşall Planı” ilə çıxış edib. Lakin bu plan uğursuzluqla nəticələnib. Bu barədə Reuters agentliyi xüsusi araşdırmasında yazır.

A Hayat Tahrir al-Sham fighter holds a diffused C-4 bomb, found at the Iranian embassy in Damascus, Syria, December 16, 2024. (Reuters)

KONKRET.az xəbər verir ki, agentliyin əldə etdiyi məlumata görə, 2022-ci ilin mayında İranın Suriyada yerləşən iqtisadi siyasət bölməsi tərəfindən hazırlanmış 33 səhifəlik rəsmi sənəddə ABŞ-ın Avropaya yönəlik “Marşall Planı” uğurlu nümunə kimi göstərilir. Sənəddə qeyd olunur ki, ABŞ bu strategiya vasitəsilə Avropanı özündən iqtisadi, siyasi və sosial-mədəni baxımdan asılı vəziyyətə salıb.

Reuters-in jurnalistləri bu sənədləri 2024-cü ilin dekabrında İranın Dəməşqdəki səfirliyinə etdikləri səfər zamanı binanın talan edilmiş vəziyyətində aşkar ediblər. Araşdırmalara əsasən, İran uzun illər ərzində Suriya prezidenti Bəşər Əsədi vətəndaş müharibəsi dövründə dəstəkləmək üçün xərclədiyi milyardlarla dolların əvəzini bu plan vasitəsilə çıxmağı planlaşdırırmış. Hesabatda bu fürsətin dəyərinin 400 milyon dollar olduğu qeyd olunur.

Pieces of shredded documents are scattered on the floor of the Iranian embassy in Damascus, Syria, December 16, 2024. (Reuters)

Lakin agentlik yazır ki, İranın bu “imperiya arzuları” 2024-cü ilin sonunda Suriyada rejim əleyhdarı qüvvələrin Əsədi devirməsi ilə puç olub. Əsəd Rusiyaya qaçıb, İranın hərbi birləşmələri, diplomatları və şirkətləri Suriyanı tərk edib. Onun Dəməşqdəki səfirliyi isə Əsədin devrilməsini bayram edən suriyalılar tərəfindən qarət olunub.

Araşdırmalar göstərir ki, Tehran Suriyada əldə etmək istədiyi nüfuz və təsiri ciddi şəkildə itirib.

Yaxın günlərdə aparılan araşdırmaların daha bir hissəsi yayımlanacaq. Qeyd edilib ki, həmin hissədə İranın Əsəd rejiminə verdiyi dəstək bütün çılpaqlığı ilə ortaya qoyulub.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*