İraq ABŞ-a yeni saziş təklif etdi: Tramp nə cavab verəcək?backend

İraq ABŞ-a yeni saziş təklif etdi: Tramp nə cavab verəcək?

İraq ABŞ-a yeni təhlükəsizlik sazişi təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Tabit əl-Abbasi Səudiyyə Ərəbistanının Əl-Hədas telekanalına deyib.

O bildirib ki, ABŞ ilə yeni təhlükəsizlik sazişi “davamlı təhlükəsizlik tərəfdaşlığı və kəşfiyyat əməkdaşlığı” tələb edir.

“2025-ci ilin payızında İraq İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyanın tərkibində olan Amerika qoşunlarının ölkədən çıxarılmasını gözləyir. Bağdad koalisiyaya daxil olan ölkələrlə yeni təhlükəsizlik sazişləri bağlamağa hazırlaşır. Biz ABŞ-a yeni təhlükəsizlik sazişi təklif etmişik. Düşünürük ki, bu, hələ də öyrənilməkdədir”.

Əl-Abbasi həmçinin deyib ki, Bağdad “Suriya ordusu qurulana, kürd və Suriya Demokratik Qüvvələri (SDQ) ilə razılıq əldə olunana qədər ABŞ qoşunlarının Suriyada qalmasına üstünlük verir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*