“İşçilərdən biri yanırdı, mən söndürdüm…” – VİDEObackend

“İşçilərdən biri yanırdı, mən söndürdüm...” - VİDEO

“Qazdan partlayış baş verdi. Hadisənin şahidi oldum, 3 nəfər yandı”.

KONKRET.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında paytaxtın Binəqədi rayonunda kafedə baş vermiş yanğının hadisə şahidlərindən biri bildirib.

“Yananlardan birinə kömək elədim. Təcili tibbi yardım gəlib apardı. İşçilərdən biri yanırdı, mən söndürdüm…”, – deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektlərin birində partlayış baş verib. Nəticədə 3 kişi bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*