Kadırov Kiyevi hədələdibackend

Kadırov Kiyevi hədələdi

Çeçenistan lideri Ramzan Kadırov Qroznı şəhərindəki kompleksə PUA hücumundan sonra ukraynalıları Kiyevin hərəkətlərinə qarşı çıxmağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, sosial şəbəkəki videomüraciətində bildirib:

“Ukrayna xalqı, hara baxırsınız? Sizi bir-bir parçalayırlar. Çıxın, sözünüzü deyin. Övladlarınız öldürülür, məhv edilir. Ehtiyatlı olun, yoxsa millətinizi tamamilə itirəcəksiniz”.

Kadırov dekabrın 5-i axşam saatlarında Qroznı şəhərinə PUA hücumu barədə məlumat verib. Muxtar respublika başçısının sözlərinə görə, xəsarət alan olmayıb. O, zədələnmiş binanı qısa zamanda bərpa edəcəyinə söz verib.

Ramzan Kadırov Ukraynanı sərt cavab tədbirləri ilə hədələyib:

“Biz onlardan fərqli olaraq, mülki hədəflərə qorxaqcasına zərbələr endirməyəcəyik. Hücumlarımız Ukrayna nasistlərinin hərbi terror obyektlərinə yönəldiləcək. Gözləyin!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*