Keçmiş prezident Jair Bolsonaronun böyük oğlu, braziliyalı senator Flavio Bolsonaro 2026-cı ildə prezidentliyə namizəd olmaq qərarına gəlib
KONKRET.az Yeni Sabah-a Bolsonaro keçən ay həbs edilib və çevrilişə cəhd ittihamı ilə 27 il həbs cəzasını çəkməyə başlayıb. Məhkəmədə onun 2030-cu ilə qədər prezidentliyə namizədliyi qadağan edilib.
Flavio Bolsonaro sosial media hesabında yazıb:
“Braziliyanın ən böyük siyasi və mənəvi lideri Jair Messias Bolsonaronun milli layihəmizi davam etdirmək missiyasını mənə həvalə etmək qərarını böyük məsuliyyətlə təsdiqləyirəm”.
