Qax sakini silahdan açılan atəşdən xəsarət aldıbackend

Qax sakini silahdan açılan atəşdən xəsarət aldı

Qax rayon sakini silahdan açılmış atəşdən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*