İslandiya Avropa İttifaqına “yox” dedibackend

İslandiya Avropa İttifaqına“yox”dedi

İslandiya vətəndaşları referendumda ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların bərpa edilməsinin əleyhinə səs veriblər.

KONKRET.az bildirir ki, ilkin nəticələrə əsasən, seçicilərin 52,5 faizi danışıqların bərpasına qarşı çıxıb, 47,2 faizi isə bunu dəstəkləyib.

Yekun nəticələr hələ açıqlanmasa da, son seçki dairəsindən daxil olacaq səslərin nəticəni dəyişməyəcəyi gözlənilir.

İslandiyanın kənd rayonlarında seçicilərin Aİ-yə inteqrasiyaya daha skeptik yanaşdığı, xüsusilə balıqçılıq və kənd təsərrüfatı sahələri ilə bağlı narahatlıqların buna təsir etdiyi bildirilir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*