İsmayıllıda 10-cu sinif şagirdi BIÇAQLANDIbackend

İsmayıllıda 10-cu sinif şagirdi BIÇAQLANDI

İsmayıllı rayonunda məktəbli bıçaqlanıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçaq zərbəsi endirib.

Daha sonra yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

HNəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, N.Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*