İsrail Baş Qərargah rəisi HƏMAS-la sülhdən DANIŞDI backend

İsrail Baş Qərargah rəisi HƏMAS-la sülhdən DANIŞDI 

İsrail Baş Qərargah rəisi HƏMAS-la razılaşmanın tərəfdarıdır

KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyəl Zamir HƏMAS-la razılaşmanın əldə olunmasını dəstəkləyir. Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Qəzetin mənbəsinə istinadən bildirilir ki, general Zamir Qəzza sektorunda hərbi əməliyyatların davam etdirilməsinin israilli girovların həyatını riskə atdığını düşünür. Onun fikrincə, HƏMAS-ı hərbi yolla zəiflətmək cəhdləri artıq nəticə vermir və bu siyasətin məqsədəuyğunluğu sual altındadır.

Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu əks mövqe nümayiş etdirir. O, HƏMAS-ın Qəzzada hakimiyyətdən tam uzaqlaşdırılması və radikal qruplaşmanın tam şəkildə silahsızlaşdırılmasında israrlıdır.

Qeyd edək ki, İsraildə son dövrlər siyasi və hərbi rəhbərlik arasında Qəzza müharibəsinin gedişatı ilə bağlı fikir ayrılıqları getdikcə daha açıq şəkildə üzə çıxır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*