İsrail hələ belə açıqlama verməmişdi: “Xamenei sülaləsini tarixdən siləcəyik!”backend

İsrail hələ belə açıqlama verməmişdi: "Xamenei sülaləsini tarixdən siləcəyik!"

İsrail və İran arasındakı gərginlik son həddə çatıb. İsrailin müdafiə naziri İsrail Kats dünya mətbuatına verdiyi sensasion bəyanatda ölkəsinin İrana qarşı müharibəni daha dağıdıcı şəkildə bərpa etməyə tam hazır olduğunu bildirib. Nazirin sözlərinə görə, İsrail ordusu Tehranın idarəetmə sistemini və strateji infrastrukturunu tamamilə çökdürmək üçün ABŞ-dan gələcək “yaşıl işığı” gözləyir.

KONKRET.az xəbər verir ki, müdafiə naziri hədəflərinin çox aydın və sərt olduğunu vurğulayıb. O, ilk növbədə İsrailin məhvi planının arxasında duran Xameneyi sülaləsinin və İranın hazırkı terror rejiminin varislərinin tamamilə ləğv ediləcəyini bəyan edib. Kats əlavə edib ki, İsrail İranın energetika və elektrik təchizatı sistemlərini sıradan çıxarmaqla ölkəni faktiki olaraq “qaranlıq əsrlərə” qaytarmağa və milli iqtisadiyyatını məhv etməyə qadirdir. Bu bəyanat bölgədəki hərbi hazırlıqların yeni və daha qanlı mərhələyə keçdiyindən xəbər verir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*