İsrail HƏMAS-ı MƏHV ETDİ: Sağ qalan ən böyük lider də öldürüldübackend

İsrail HƏMAS-ı MƏHV ETDİ: Sağ qalan ən böyük lider də öldürüldü

Dünən İsrailin müdafiə naziri İsrael Katz HƏMAS ordusunun sözçüsü Əbu Ubeydənin Qəzzada öldürüldüyünü açıqlayıb.

KONKRET.az xəbər verir, bu gün Fələstin mediası HƏMAS-ın hərbi qanadı “İzzəddin Əl-Qəssam”ın sözçüsü Əbu Ubeydənin ölümü ilə bağlı yeni məlumatlar yayıb.

Məlumatda bildirilir ki, məşhur komandir İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.

Həlak olanlar arasında onun həyat yoldaşı, uşaqları və 40-dan çox ailə üzvü də var.

Qeyd edək ki, Əbu Ubeydə 7 Oktyabr hadisələrində iştirak etmiş HƏMAS-ın əsas hərbi rəhbərliyindən sağ qalan son böyük liderlərdən biri idi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*