İsrail Livanın paytaxtı Beyruta hava hücumu təşkil edib.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən həyata keçirilən zərbə zamanı “Radvan” adlı elit bölmənin komandiri hədəfə alınıb.
Əməliyyatla bağlı açıqlama verən İsrailin Baş naziri Benyamin Netanyahu hücumun həyata keçirildiyini təsdiqləyib.
Hadisənin detalları və nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb./globalinfo
