İsrail-İran müharibəsində həlak olan İran vətəndaşlarının sayı açıqlandıbackend

İsrail-İran müharibəsində həlak olan İran vətəndaşlarının sayı açıqlandı

İsrail-İran müharibəsində həlak olan İran vətəndaşlarının sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İranın Şəhid və Veteran İşləri Fondunun rəhbəri Səid Əvhədi verib.

Onun sözlərinə görə, 12 gün davam edən müharibə zamanı 1062 nəfər İran vətəndaşı həyatını itirib və dəfn olunub. Onlardan 281 nəfərinin mülki vətəndaş olduğu bildirilir. Eyni zamanda, 24 nəfərin kimliyi hələlik müəyyənləşdirilməyib.

Əvhədi əlavə edib ki, hazırda müharibə nəticəsində yaralananlardan 100 nəfəri xəstəxanalarda müalicə alır, onlardan 34-nün vəziyyəti ağırdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*