İsrail kəşfiyyatından ŞOK: HƏMAS yarım milyard dolları İrandan niyə istəyib? backend

İsrail kəşfiyyatından ŞOK: HƏMAS yarım milyard dolları İrandan niyə istəyib? 

“HƏMAS və İran arasında birbaşa əlaqələr mövcuddur”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

Onun sözlərinə görə, İran radikallara yarım milyard dollar ayırıb.

“İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat bölməsi mənə Qəzza zolağında HƏMAS liderlərinin tunellərində tapılan məxfi sənədləri təqdim etdi. Bu, İran və HƏMAS liderləri arasında birbaşa əlaqələri, eləcə də İranın İsraili məhv etmək planını və 7 oktyabr 2023-cü il hücumunu dəstəklədiyini sübut edir. Həmas bu sənəddə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qanadından İsrailin məhvini maliyyələşdirmək üçün 500 milyon dollar tələb edib”, – deyə İsrailin müdafiə naziri bildirib.

O, həmçinin qeyd edib ki, İsrail İranın nüvə silahı əldə etməməsi üçün bütün addımları atacaq. İranın şər oxu məhv edilənə qədər onun terror peyklərinə zərbələr endiriləcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*