İsrail Livanın cənubuna yeni zərbələr endirib: Ölən və yaralananlar varbackend

İsrail Livanın cənubuna yeni zərbələr endirib: Ölən və yaralananlar var

İsrail ilə Livan arasında elan olunmuş atəşkəs rejiminə baxmayaraq, bölgədə gərginlik yenidən artıb. Bir neçə gün davam edən nisbi sakitlikdən sonra İsrail ordusu bu gün Livan ərazisinə yenidən intensiv zərbələr endirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, Livanın Milli İnformasiya Agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Livanın cənubundakı Kfar-Remman yaşayış məntəqəsi yaxınlığında avtomobili hədəf alması nəticəsində azı iki nəfər həlak olub. Eyni zamanda, İsrail Müdafiə Ordusunun (SAXAL) Nəbatiyə rayonuna endirdiyi zərbələr nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, beynəlxalq vasitəçilərin səyləri ilə əldə olunan atəşkəs razılaşmasına rəğmən, tərəflər arasında hərbi fəallıq tam şəkildə səngiməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*