İsrail ordusu Suriyada Birləşmiş Ordu Baş Qərargahını və Prezident Sarayını raketlə vurdubackend

İsrail ordusu Suriyada Birləşmiş Ordu Baş Qərargahını və Prezident Sarayını raketlə vurdu - VİDEO

İsrail Müdafiə Qüvvələri bu gün Suriyanın paytaxtı Dəməşqdə yerləşən Birləşmiş Ordu Baş Qərargahını və Prezident Sarayını raket zərbələri ilə hədəfə alıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, hədəflərə ümumilikdə 4 raket atılıb. Hücum nəticəsində obyektlərdə ciddi dağıntılar baş verib. Zərbələrin dəqiq nəticələri və mümkün insan tələfatı barədə hələlik rəsmi açıqlama yoxdur.

İsrail ordusu bölgədə gərginliyin artdığı bir vaxtda əməliyyatların davam etdiriləcəyini bəyan edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*