İsrailin hava hücumlarına cavab olaraq Hizbullah Livanın cənubunda əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, xüsusi əməliyyat nəticəsində İsrail ordusunun xeyli sayda canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Bu barədə Livandakı Hizbullah hərəkatının “Teleqram” kanalında məlumat verilib: “Düşmən itki verib, o cümlədən 43 “Merkava” tankı, 8 buldozer, 4 zirehli texnika və zirehli transportyoru idarə olunan raketlərlə vurulub, 4 “Hermez 450” və 2 “Hermez 900” pilotsuz uçuş aparatı sıradan çıxarılıb”. Daha sonra bildirilib ki, Tel-Əviv yaxınlığındakı Tzrifin hərbi təlim bazasına hücum etmək üçün “Fateh-110” raketlərindən istifadə edilib: “İndi Hizbullah İsrail ordusunun Livanda quru əməliyyatının ikinci mərhələsinə keçməsinin qarşısını almağa hazırdır”. Məlumatda daha sonra bildirilir ki, İsrail hərbçiləri sərhəddə ordu qrupları cəmləşdirib.
Vəli Həsənoğlu,
KONKRET.az