İsrailin Qəzzanın cənubunda yerləşən “Nasir” xəstəxanasına endirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər həyatını itirib. Ölənlər arasında üç jurnalist də var.
KONKRET.az bildirir ki, Reuters-in məlumatına görə, xəbəri Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi təsdiqləyib.
Rəsmi şəxslərin sözlərinə görə, həlak olan jurnalistlərdən biri. operator Husam əl-Məsri agentliklə müqavilə əsasında əməkdaşlıq edirdi. Reuters-in daha bir əməkdaşı, fotoqraf Hatəm Xalid isə yaralanıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az