İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın cənubunda baş verən toqquşmalarla bağlı yeni görüntülər yayımlayıb.
KONKRET.az xəbər verir ki, yayımlanan kadrlarda Suriya ordusuna məxsus bir tankın İsrail tərəfindən vurulduğu görünür. Tankın Suveyda istiqamətində hərəkət etdiyi və bölgədəki sünni bədəvi tayfalarına dəstək məqsədi daşıdığı bildirilib.
Həmin tayfalar hazırda bölgədəki Druzlardan ibarət hərbi şuraya qarşı şiddətli döyüşlər aparır. İsrail ordusu tankın məhv edilməsini belə əsaslandırıb: “Bu cür canlı qüvvə və hərbi texnikanın Suriya cənubunda yerləşməsi İsrail dövləti üçün təhlükə yarada bilər.”
İsrail tərəfi bu əməliyyatla bölgədəki gərginliyi nəzarətdə saxlamağa çalışdığını vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
Спросить ChatGPT