İsraildə aparılan təhqiqatlar sona çatmaq üzərədir.
KONKRET.az xəbər verir ki, söhbət HƏMAS-ın ötən il oktyabrın 7-də İsrailə hücumunun araşdırılmasından gedir. İsrail təhlükəsizlik qüvvələri ordu daxilində xainlərlə bağlı şübhələri təsdiqləməyib. Məlumatda bildirilir ki, 7 oktyabr 2023-cü il ərəfəsində məxfi məlumatların sızması hallarının araşdırılması başa çatıb, onun nəticələri yaxın günlərdə Baş Qərargah rəisinə və müdafiə nazirinə veriləcək. Kanal qeyd edir ki, sənədlə tanış olan mənbələr araşdırmanın hərtərəfli aparıldığını və informasiya təhlükəsizliyi sahəsində ciddi nöqsanların olduğunu üzə çıxardığını qeyd edir. Hesabatın müəllifləri belə qənaətə gəliblər ki, HƏMAS hərbçilərin mobil telefonlarının sındırılması, həmçinin sosial şəbəkələrdə və digər açıq mənbələrdə nəzarət və senzura məhdudiyyəti olmadan hərbi qulluqçuların dərc etdiyi məlumatların təhlili vasitəsilə ordu və hərbi obyektlər haqqında geniş məlumat toplaya bilib. Dərc edilmiş məlumatları təhlil edərək, HƏMAS növbəti hücum üçün bir çox zəif nöqtələri müəyyən edib. Bundan əlavə, araşdırma zamanı ordunun xarici təchizatçılardan aldığı texniki avadanlıqların bir hissəsinin sındırıldığı məlum olub.
Vəli Həsənoğlu,
KONKRET.az