İsrail Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində jurnalistlərin qaldığı çadıra hücum edib. Hücum nəticəsində ağır yaralanan jurnalist Əhməd Mənsur dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, hücumda yaralanan və bədənindən ağır yanıq xəsarətləri alan jurnalist həyatını itirib.
Qeyd edək ki, hücum zamanı 9-u jurnalist olmaqla 10 nəfər yaralanıb.
Aynurə İsmayıl
KONKRET.az