İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında… – VİDEObackend

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında… – VİDEO

İstanbulda Azərbaycan Baş Konsulluğunun yerləşdiyi küçə silahlı polis qüvvələri tərəfindən mühafizəyə götürülüb.

KONKRET.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd olunub ki, hazırda ərazi ciddi mühafizə altına alınıb, konsulluğun önündə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Bir qrup dini fəal Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqinə qarşı şüarlar səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*