İstanbulda bir qadın ayrılmaq istədiyi kişi tərəfindən dəfələrlə bıçaqlanıb.
Hadisə İstanbulun Sultangazi bölgəsində baş verib.
2 il öncə həyat yoldaşından boşanan Gülen Pamukcu Ankarada yaşayan Əli adlı bir adamla tanış olub. Gülen Pamukcu Əli adlı gənc ilə nişanlandıqdan sonra aralarında tez-tez mübahisələr yaranmağa başlayıb. Bu mübahisələrdən təngə gələn G.Pamukcu nişanlısından ayrılmağa qərar verib.

Ayrılıqla razılaşmayan gənc oğlan nişanlısının evinə gələrək ona ağır bıçaq zərbələri endirib. Qadının qışqırıq səslərinə həmin binada yaşayan iki qardaşı yetişib. Bacılarını qanlar içərisində görən qardaşlar onu xəstəxanaya çatdırıb. Bütün müdaxilələrə rəğmən gənc qızın həyatını xilas etmək mümkün olmayıb.Qonşularının dediyinə görə gənc qadının bıçaqlanan zaman “yardım edin” deyə qışqırıq səsləri eşidilib.
Bıçaqlanan gənc qadının keçmiş həyat yoldaşından da bir övladı var idi. Hazırda onu bıçaqlayan şəxs axtarışdadır. İstanbul polisi faktla bağlı araşdırma başladıb.


