İstanbulda meşəlik ərazilərdə yanğın hadisəsi qeydə alınıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, İstanbulun Ataşehir rayonundakı Kayışdağı bölgəsində meşəlik ərazidə yanğın başlayıb. Dərhal yanğınsöndürmə əməliyyatlarına start verilib.
Qeyd edək ki, hazırda Türkiyənin Aydın, Denizli və Kastamonu şəhərlərində də yanğınlarla mübarizə davam edir.