İstintaqın sonunda Mehdiyev həbsxanaya göndəriləcək, yoxsa ev dustağı qalacaq? – MÜHÜM AÇIQLAMAbackend

İstintaqın sonunda Mehdiyev həbsxanaya göndəriləcək, yoxsa ev dustağı qalacaq? - MÜHÜM AÇIQLAMA

Ramiz Mehdiyevin istintaqın sonunda həbsxanaya göndərilib-göndərilməyəcəyi, yaxud yaşına görə ev dustaqlığında qalacağı məsələsi cəmiyyətdə xüsusi maraq doğurur.

Mövzuya aydınlıq gətirmək üçün KONKRET.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, hazırda istintaqın gedişi barədə dəqiq məlumat yoxdur:

Adnan Əhmədzadəni neçə il həbs cəzası gözləyir? | KONKRET

“Sadəcə olaraq, müəyyən detallar barədə istintaqı aparan hüquq-mühafizə orqanları zaman-zaman ictimaiyyəti məlumatlandırmalıdır. Çünki Ramiz Mehdiyev kifayət qədər cəmiyyət üçün maraqlı şəxsdir və bu mövzuda informasiya qıtlığı yaranmamalıdır”.

Vəkil qeyd edib ki, hər şeydən əvvəl istintaq orqanı Mehdiyevin cinayət törətdiyini sübut etməlidir:

“İndiki halda kimsənin onu təqsirkar kimi təqdim etməsi təqsirsizlik prezumpsiyasının pozulması sayıla bilər. Dövlətə xəyanət isə bir nəfərin təkbaşına edəcəyi əməl deyil. Burada böyük bir şəbəkədən söhbət gedir. Həmin şəbəkə istintaq orqanı tərəfindən araşdırılmalı, ifşa olunmalı və əməlləri sübut edilməlidir”.

Ramil Süleymanov əlavə edib ki, yalnız bundan sonra son qərarı məhkəmə verəcək:

“Məhkəmə qərar qəbul edərkən həm ağırlaşdırıcı, həm də yüngülləşdirici halları nəzərə alacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*