İtaliya Rusiya vətəndaşları üçün turist vizalarının rəsmiləşdirilmə müddətini 60 gündən 45 günə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin viza mərkəzi rəsmi saytında məlumat yayıb. İyunun sonunda vizaların rəsmiləşdirilməsi müddətinin uzadılması müraciətlərin sayının artması ilə izah edilmişdi.
Bundan bir gün əvvəl Latviyanın baş naziri Andris Kulbergs Avropa İttifaqına üzv ölkələri Rusiya vətəndaşlarına turist vizalarının verilməsini tamamilə dayandırmağa çağırıb.
Kulbergs Financial Times qəzetinə müsahibəsində sərt ifadələr işlədərək, “Nə olar, rusları Avropaya buraxmayın!” deyib. O, Rusiyanı Latviyanın hər gün üzləşdiyi “hibrid təhdidlərin mənbəyi” adlandırıb və bəzi ölkələrin
Rusiya vətəndaşlarının gətirdiyi gəlirə görə onlara viza verməyə davam etməsindən narazılığını bildirib.
Ağagül Mürsəlov,
KONKRET.az
