“İtini götür, atını da min get Danabaş kəndinə!” – Alim AMEA prezidentini “kəndxuda” adlandırdıbackend

“İtini götür, atını da min get Danabaş kəndinə!” – Alim AMEA prezidentini “kəndxuda” adlandırdı

Dahi Üzeyir bəyin məşhur “O olmasın, bu olsun” operettası əsasında ekranlaşdırılmış eyniadlı bədii filmdə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin obrazı da var. Filmdə həmin obrazın dilindən “nə qədər yazırıqsa, bu dünya düzəlmir ki, düzəlmir” sitəmini eşidəndə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları yada düşür.

Son dövrdə belə təəssürat yaranıb ki, AMEA əməkdaşları elmi işlərlə məşğul olmaq əvəzinə, qurumdakı problemlərdən yazmağa məcbur olublar. Amma nə qədər yazırlarsa da, Mirzə Cəlil demişkən, heç nə düzəlmir. Çünki vaxtilə cəmiyyətdə məbəd kimi qəbul edilən, rəhbərlərinin sanballı şəxsiyyət təsiri bağışladığı Elmlər Akademiyasında indi çox şey dəyişib.

Hətta işlər o dərəcədə baş-ayaq olub ki, bu yaxınlarda AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə şəxsi “Facebook” səhifəsində paylaşdığı statusda ad çəkmədən rəhbərini “Danabaş kəndinin kəndxudası” adlandırıb. Statusda söhbətin Naxçıvanın Şərur rayonunun Danzik kəndində dünyaya gəlmiş AMEA prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəylidən getdiyi dərhal aydın olur.

Oğlumdan xəbərim yoxdur” — İsa Həbibbəyli

Ramin Əlizadənin görkəmli ədib Mirzə Cəlil Məmmədquluzadənin ünvanına dediyi fikirlə razılaşmasaq da, yazdığı statusun bir hissəsini olduğu kimi təqdim edirik:

“Şəhərin mərkəzində AMEA-nın möhtəşəm binasını yalnız orden, medal vermək üçün istifadə edən, özü Danabaş kəndindən ola-ola, dəyərli alimlərlə də Danabaş kəndinin qanunları ilə davranan, Mirzə Cəlildən “elmi iş” yazıb axırda onun satirik obrazına dönən adam… Hələ indiyədək cənab Prezidentin çağırışlarına cavab verə bilməyəsən, erməni təbliğatına qarşı tutarlı elmi dəlillərə əsaslanan layiqli bir araşdırma kitabı yazmayasan, beynəlxalq konfrans keçirməyəsən, özünü də elmi cəmahiriyyənin rəhbəri kimi aparasan. Ay Danabaş kəndinin kəndxudası, səni ora qoyublar ki, düzələsən, doğru addımlar atasan, itin qabağına ot, atın qabağına ət qoymayasan…

Bu binada hamı səni deyir, ora-bura boylanma, baş mühasibini çağır, gestapo rejiminə təhkim etdiyin alimə nə maaş verirsən, bax utan!

Otunu da, ətini də, itini götür, atını da min get Danabaş kəndinə!”.

Bu yaxınlarda 77 yaşlı tanınmış alimin pulsuzluq üzündən kirayədə qaldığı evdən çıxarıldığı və 5 min kitabı ilə birlikdə 4 gün küçədə qaldığını eşidəndə adamın yadına AMEA düşdü. Amma həmin ağır günlərdə ilahiyyatçı-alimin, fəlsəfə doktorunun, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılovun yanında AMEA administrasiyasının bir nümayəndəsi belə görünmədi.

Alimlərə həm də ev tikməklə və paylamaqla məşğul olan qurum Fazil İsmaylovun AMEA-da çalışmadığını deməklə öz vəzifəsini bitmiş saydı.

Nə yaxşı ki, naşir Şahbaz Xuduoğlu varmış. Elə həyəcan təbili çaldı ki, xalqımız və Heydər Əliyev Fondu aliminə sahib çıxdı.

Daha demirik ki, bu hadisə xaricdə baş versəydi, belə biganəliyə görə AMEA prezidenti haqqında hansı ictimai rəy yaranardı və bu, hansı nəticələrə gətirib çıxarardı…

KONKRET.az-ın analitik qrupu

  • Sevinc
    Aprel 4, 2024 - 23:28

    Samballı şəxsiyyət deyəndə Ramiz Mehdiyev nəzərdə tutulur? AMEA-da maaşların qaldırılması üçün işçilərin böyük əksriyyəti işdən çıxarılmalıdır. Elə Tarix institutunda yolunu azıb orda qalan nə qədər keyfiyyətsiz “alimlər” var… Nə yazdıqları bir şeydir, nə də özləri. Tarixə aidiyyəti olmayan hər kəsi -ədəbiyyatçıları, coğrafiyaçıları, ingilis dili, idman müəllimlərini Tarix institutunun dəhlizlərində boş-boş fırlanan görmək olar.

  • Sevinc
    Aprel 5, 2024 - 03:11

    AMEA da maaşların artırılması üçün xeyli adam işdən çıxarılmalıdır. Elə o Tarix institutunda nə qədər yolunu azıb gəlmiş, orda qalmış keyfiyyətsiz “alimlər” var….Tarixdən başqa hər cür ixtisasdan olanlar-coğrafiyanı, filologiyanı bitirib orda it döyənlər, dəhlizlərdə boş-boş fırlanan ingilis dili və idman müəllimləri tarixçidirlər. Bitirdikləri ixtisasdan bir şey anlamayanlar Azərbaycan tarixi yazırlar? Hətta arxeologiya inst. müdir müavini stomotoloqdur, keçmiş direktoru isə kimyaçı idi.

    • Nəsib
      Aprel 6, 2024 - 23:50

      Stomotoloq istəsə Azərbaycanda kosmonavt da işləyə bilər, çünki Həsən Həsənovun oğludur.

  • Rübabə
    Aprel 5, 2024 - 13:30

    O institutda elə maraqlı hadisələr olur ki. Bir nəfər feysbukda yazmışdır ki, şöbə müdirinin qucağında oturan qadınlar şurasının sədri təyin olunub. Əslində, özü -özünü təklif edib, 5-6 adamı yığıb guya seçki keçiriblər, sonra da onun qadına yaraşmayan hərəkətləri üzündən etirazlar başlayıb, çıxarıblar.

    • Günay
      Aprel 5, 2024 - 20:14

      Düzdür, iclas keçirib, qovublar. Əxlaqdan , tərbiyədən də xəbəri yoxdur, savad deyilən bir şey də yoxdur onda. İnternetdə idman haqqında məlumatları köçürüb guya dissertasiya yazıb. Yazdıqlarının başdan ayağa PLAGİAT olduğu da rəsmən elan edilib. Bunlar da deyirlər maaşı artırsınlar. Sizin “alimlər” “kim sevirsə idmanı” oxuya-oxuya alim olublar?

    • Gulnar
      Aprel 5, 2024 - 22:51

      Həmin şöbə müdiri də məlumdur ki, Ə.Qasımovdur. İki eşşəyin arpasını bölə bilməyən elmlər doktoru necə “alim” olubsa, özü kimilərə də sponsorluq edir. Təbii ki, elə-belə deyil.

    • Nailə
      Aprel 6, 2024 - 19:45

      Yaxın rəfiqəsi gezerova da R.Mehdiyevin ayaqqabısını təmizləyən E.Əmirovun qucağında otururdu, sonra onu tutdular, qadın dda işdən qovuldu. Bu ikisi “irəli getməyin” çox asan üsulunu tapıblar. Quucaqdan kresloya tullanmaq istəyirdilər.

  • Musa
    Aprel 7, 2024 - 12:45

    Aspanlı-siçanlı elə indi də şöbə müdiri ilə qucaqlaşıb gəzir. İnstitutun işçiləri deyir ki, yasda pulu da ədalıt üçün o yığırdı, yəni bu qədər “sıcaq münasibət”

  • Rəvan
    Aprel 7, 2024 - 22:01

    Sevinc xanımın yazdıqlarına tam qatılıram. Ortaya doğru-düzgün Azətbaycan tarixi qoya bilmirsiz. Sizə o maaş da çoxdur. Burda yazılanlrar baxıb utanın, qucaqda oturmaq nə deməkdir. Yerə girsin o qadın. Elmi işi eyş-işrətlə qarışıq salıb, ya da ki elə bu yolu seçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*