2025-ci ilin ilk 9 ayında Azərbaycan xaricə 71 377.04 ton alma ixrac edib.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 53 036.35 ton olub. Beləliklə, alma ixracı təxminən 18 min ton artıb.
Hesabat dövründə ixracın statistik dəyəri 50 milyon 199.66 min dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 34 milyon 332.25 min dollar olub.
Nəticədə alma ixracının dəyəri təxminən 16 milyon dollar və ya 32 faiz artıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın ümumi həcmi 2 milyard 649 milyon 165 min 330 dollar olub.