Jurnalist Mahir Xəttab ev dustaqlığına buraxılmadı – MƏHKƏMƏbackend

Jurnalist Mahir Xəttab ev dustaqlığına buraxılmadı - MƏHKƏMƏ

Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

KONKRET.az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Nurməmmədov vəsatətlə çıxış edib.

O, M.Ələkbərovun xəstəliyi ilə əlaqədar barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası dekabrın 10-na təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*