Jurnalistika ixtisasının rus bölməsinə maraq yoxdur – Qəbul azalıbbackend

Jurnalistika ixtisasının rus bölməsinə maraq yoxdur - Qəbul azalıb

Son illərdə Azərbaycanda jurnalistika sahəsinə maraq atıb. Bu peşəyə sevgi, gənclərin məşhurlaşmaq istəyi sözügedən fakültəyə axını stimullaşdırır.

Qeyd edək ki, media sahəsi üzrə ixtisaslar Azərbaycanda 5 ali təhsil müəssisəsində – Bakı Dövlət Universiteti (BDU), Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dillər Universiteti (ADU), Naxçıvan Dövlət Universiteti (NDU) və ADA-da tədris olunur. Lakin son dövrlərdə rusdilli abituriyentlərin jurnalistika ixtisasına qəbulunun sayında azalma müşahidə olunur. Hətta jurnalistika ixtisası üzrə rus bölməsi yalnız BDU və BSU-da mövcuddur.

Maraqlıdır, bu il jurnalistika fakültəsinin rus bölməsinə qəbul nə qədər olub?

Araşdırmalar zamanı məlum oldu ki, cari tədris ilində BSU-da sözügedən ixtisasın rus bölməsi üzrə qəbul sifarişi olunmayıb.

Ümumilikdə rus bölməsi üzrə 365 plan yeri ayrılıb ki, burada da qəbul 100 %-dir.

BDU-da isə bu il üçün jurnalistikanın rus bölməsi üzrə ayrılan 15 yerin hər biri öz sahibini tapıb.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*