UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları yekunlaşıb.
KONKRET.az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.
Azərbaycan təmsilçisi “Sabah” Rumıniyada İsrailin “Hapoel Beer-Şeva” komandasına uduzub.
“Seltik” isə evdə LASK-la üz-üzə gəlib. Görüş Şotlandiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Bu yay “Qarabağ”dan “Seltik”ə keçən Kamilo Duran da sözügedən oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə Hayssem Hassanla əvəzlənib. Duran komandasının qələbəsində əsas pay sahibi olub.
Belə ki, o, 38 və 67-ci dəqiqələrdə fərqlənərək dubl edib.
