Karantinə baxmayaraq piknikə gedənlər cərimələndi – FOTOLARbackend

Karantinə baxmayaraq piknikə gedənlər cərimələndi - FOTOLAR

Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan Kür çayının Samux rayonunun ərazisindən keçən hissəsinin kənarında bir qrup vətəndaşın piknik təşkil etdiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, qayda pozucularının Samux rayon sakinləri Sabir Bədəlov, İslam Niftullayev, Ruslan Hüseynov, Gəncə şəhər sakinləri Lalə Ələkbərova, Müşgünaz Məmmədova və Aytac Məmmədova olduqları məlum olub.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) üzrə 200 manat məbləğində cərimə ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*