Kasıbları təhqir edən “Gallendvagen” sürücüsü üzr istədi – VİDEObackend

Kasıbları təhqir edən "Gallendvagen" sürücüsü üzr istədi - VİDEO

Bakıda kasıbları təhqir edən “Gallendvagen” sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*