Katolikos və 6 yepiskopun cinayət işi ilə bağlı YENİ XƏBƏR VARbackend

Katolikos və 6 yepiskopun cinayət işi ilə bağlı YENİ XƏBƏR VAR

Ermənistanda Ali Patriarx və 6 yepiskopla bağlı cinayət işinin yenidən bölüşdürülməsi hələ baş tutmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Nəşrin məlumatına görə, hakim Akop Manukyan Ali Patriarx və altı yepiskopun işinə baxmaqdan imtina edib.

Hazırda Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsində sözügedən işin bölüşdürülə biləcəyi yalnız iki hakim qalıb. Bunlar hakim Serj Ruşanyan və Arman Babaxanyandır.

“Pastinfo” yazır ki, hazırda cinayət işlərinə baxan hakimlərin əksəriyyəti məzuniyyətdə olduğundan seçim məhz bu iki hakim arasında qalıb.

Nəşr həmçinin diqqətə çatdırır ki, məhkəmə hakimlərinin məzuniyyət qrafikinin yerləşdirildiyi məhkəmə hakimiyyətinin rəsmi səhifəsində Armavir hakimlərinin məzuniyyəti ilə bağlı məlumatlar yoxdur.

“Pastinfo” ehtimal edir ki, işin onlara bölüşdürülməsi üçün hakimlərdən bəziləri məzuniyyətdən geri çağırıla bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*