Keçmiş məhkum heroinlə yaxalandı – FOTOLARbackend

Keçmiş məhkum heroinlə yaxalandı - FOTOLAR

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Cəfərov özünə məxsus “Ford” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Nəqliyyat vasitəsinə, həmçinin onun üzərinə baxış keçirilən zaman şprislər və külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*