Keçmiş məhkum qəbiristanlıqda bıçaqlandıbackend

Keçmiş məhkum qəbiristanlıqda bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə iyunun 8-i saat 21 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.

Ramana qəsəbə sakini, 1983-cü il təvəllüdlü İlham Nağıyev naməlum şəxs tərəfindən bıçaqlanıb. İ.Nağıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, cinayəti törədən şəxsin aşkar edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərçəkən İ.Nağıyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*