Keçmiş məhkuma 16 il müddətinə həbs cəzası verildi: bu dəfə adam öldürübbackend

Keçmiş məhkuma 16 il müddətinə həbs cəzası verildi: bu dəfə adam öldürüb

Söyüş üstündə tanışını bıçaqlayaraq qətlə yetirməkdə ittiham edilən keçmiş məhkuma hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Adil Qazıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən A.Qazıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə paytaxtın Nizami rayonunda baş verib. Məlumata görə, əvvəllər məhkum olunmuş 41 yaşlı Adil Qazıyev tanışı 55 yaşlı Fərzalı Nəsirovla yaşadığı binanın qarşısında mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Dava zamanı Adil Qazıyev Fərzalı Nəsirova bir bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan Fərzalı Nəsirov elə hadisə yerindəcə ölüb. Adil Qazıyev törətdiyi əməli etraf eib. O, hadisəni söyüş üstündə törətdiyini bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*